“Gündəlik” ərzaq dükanları

 

Öz məhsullarımızı TƏZƏ-TƏZƏ təqdim etmək müştərilərimizə DOĞMA MƏHLƏ DÜKANI qədər yaxınıq.

Konsepsiyamız: HƏR GÜN YENİ MƏHSUL

MƏQSƏDİMİZ: MÜŞTƏRİ MƏMNUNİYYƏTİNƏ NAİL OLMAQ

                            YALNIZ TƏZƏ (DONDURULMAMIŞ) MƏHSULLAR TƏQDİM ETMƏK

                          ƏHALİNİN XÜSUSİ SIX YAŞADIĞI ƏRAZİDƏ OPERATİV XİDMƏT GÖSTƏRMƏK

 

                        “Gündəlik” mağazalar şəbəkəsi Səba ASC-nin layihəsidir və şirkətin demək olar ki, ayrıca brendinə çevrilib. Yalnız “Səba” ticarət nişanlı məhsulların (süd və quş əti məhsullarının geniş çeşidi) satıldığı müstəqil “Gündəlik” şəbəkəsi Bakı, Sumqayıt və Cənub bölgəsini əhatə edir. Hazırda bu bölgələr üzrə 120 mağaza fəaliyyətdədir: Bakıda 69, Abşeron rayonu ərazisində 6, Sumqayıtda 28, Cənub bölgəsində isə 17 dükan. Perspektivdə “Gündəlik” mağazalarının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, Səba dükanlarının əvvəlcə paytaxt daxilində sayı artırılacaq. Növbəti addımda isə dükanların Şimal (Quba, Qusar, Xaçmaz), Şimal-qərb  (İsmayıllı, Qəbələ), Gəncə və Gəncəbasar zonalarında da açılması nəzərdə tutulur. Bununla da, “Gündəlik” mağazaları ölkə coğrafiyasında geniş ərazini əhatə etməklə daha çox müştəriyə yaxın olacaq, onların sağlam, təzə və geniş çeşidli məhsullara olan ehtiyacını yerindəcə qarşılaya biləcək.

                        Şirkət satışlarının önəmli hissəsi məhz “Gündəlik” dükanlarının payına düşür. Şəbəkənin konsepsiyası müştəriyə yalnız təzə Səba məhsullarını heç bir distribüter olmadan, öz vahid platformasında müştəriyə ən real sərfəli qiymətə təklif etməkdir. Hər gecə kəsilmiş quş əti çeşidi, süd məhsulları (qatıq, xama, yağ) ciddi gigiyenik qaydalara əməl olunmaqla səhər tezdən xüsusi “Səba” maşınları ilə bir neçə saat ərzində dükanlara çatdırılır. “Gündəlik” dükanları standartlara uyğun lazımi avadanlıqla tam təchiz olunub. Bütün məhsulların  saxlanma şəraitində sanitar qaydalar diqqət mərkəzindədir. “Gündəlik” mağazalarında bütün komandanın (ərazi üzrə məsul şəxs, supervayzer, satıcı)  satışa təqdim olunan Səba məhsullarının hər çeşidi barədə ətraflı və dolğun informasiyaya malik olması müştəri məmnuniyyətinin hədəf götürülməsindən xəbər verir. Bu məmnuniyyəti artırmaq məqsədilə perspektivdə əlavə kompleks tədbirlərin də (müştəri bazasının yaradılması, SMS xidməti və s.) həyata keçirilməsi planlaşdırılır.