About us

“SƏBA” məhsullarının bazarda öz mövqeyini möhkəmləndirməsində idarəetmə sektorunda beynəlxalq ISO 9001:2008 standartlarının tələblərinə uyğun olaraq korporativ idarəetmə sistemini yaratmaq üçün apardığı məqsədyönlü fəaliyyət də həlledici rol oynayır. Bu tədbirlər kompleksi idarəetmədə keyfiyyəti nəzərəçarpacaq dərəcədə təkmilləşdirməyə və son nəticədə öz məhsulunu dünya səviyyəli məhsullarla bir sıraya qoymağa imkan verib.

Daim öz istehlakçılarının istək və arzularını həyata keçirən, hər bir istehlakçıya fərdi yanaşan və istehsal etdiyi məhsullarda keyfiyyəti əsas amil kimi önə qoyan və yuxarıda qeyd olunan uğurlara imza atan “SƏBA” məhsulları sözün əsl mənasında “KEYFİYYƏTDƏ LİDER!” devizinə sözdə deyil, əməldə layiq olduğunu göstərir. Buna sübut olaraq istehlakçi etibarı və onun yüksək məmnunluq səviyyəsi, beynəlxalq İSO 9001:2008 keyfiyyət menecmenti sertifikatı, İSO 22000:2005 yeyinti məhsullarının təhlükəsizliyi sertifikatı “SƏBA” məhsullarının keyfiyyətinə verilən ən yüksək qiymətdir!