Vacancies

İş Elanı

“SƏBA” şirkətlər qrupu Daxili Auditor vəzifələrinə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • Risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək;
  • Şirkətin icra və nəzarət sistemlərində, risklərin idarə olunmasında, maliyyə resurslarının planlaşdırılması və onun icrası, uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi;
  • Sahə və strukturlar üzrə Şirkətin fəalıiyyətində nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tədbirlərin görülməsi;
  • Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak etmək.

Əsas tələblər:

  • Ali təhsil (audit, maliyyə və hüquqşünas sahəsi üzrə arzuolunandır) ;
  • Audit sahəsində ən azı 1 il iş təcrübəsi ;
  • MS Office proqramları istifadəçisi kimi mükəmməl biliklər ;
  • İSO 9001:2008 və ya 22000:2005 beynəlxalq standartları barədə məlumatlı olmaq ;
  • Azərbaycanca sərbəst oxuyub-yazmaq. Rus dilini bilənlərə üstünlük verilir ;
  • Şəxsi avtomobilə malik olmaq ;
  • Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri ;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq ;
  • Ölkədaxili ezamiyyət etmək imkanı.

Əgər yuxarıda qeyd edilən vəzifələrdə işləmək istəyirsinizsə, CV-nizi  hr@saba.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 

“SƏBA“ şirkətlər qrupu Treyd Marketinq Meneceri vəzifəsinə işçi axtarışı elan edir.

 

Əsas vəzifələr:

  • Merçendayzerlərin idarə edilməsi və təlimləndirilməsi;
  • BTL aksiyaların keçirilməsi və təşkili;
  • Satış nöqtələrində facing /listing/shelfing-in nəzarət edilməsi;
  • Əsas müştərilərlə işin təşkili;
  • Satış nöqtələrinin POS materialları ilə təmin edilməsi;
  • Istehlakçılarla və topdan satış təmsilçiləri ilə əks əlaqələrin yaradılması üçün işin təşkil edilməsi;

 

Əsas tələblər:

  • Ali təhsil (marketinq və ya iqtisadi);
  • Bu sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (əsasən Excel) sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Azərbaycan və rus dillərində mükəmməl danışmaq. İngilis dilini bilənlərə üstünlük verilir;
  • Şəxsi avtomobilə malik olmaq;
  • Güclü ünsiyyət bacarıqlarına və liderlilik keyfiyyətlərinə malik olmaq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi hr@saba.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməlisiniz.