Trademark

Adımızın ifadə etdiyi dəyər:  

“SƏBA”  - “səhər mehi”, “səhər sərinliyi” deməkdir. İsti Xəzər sahilləri üçün səba nə deməkdirsə, “Səba”-nın da istehlakçı üçün oxşar dəyərə malik olmasını istədik. Hədəfimiz  məhz ehtiyac duyulan və tələb olunan məhsullar təklif etmək, daim təkmilləşərək tələbatdakı yeni tendensiyaları öncədən görə bilməkdir!

   

Loqotipdə təcəssüm olunan mənalar:

Səba loqotipinin stilistikası tamamilə “təbiilik” konsepsiyası üzərində qurulub.

Yaşıl rəng – Səba şirkətlərinin bütün fəaliyyət mərhələlərində qida və yem məhsullarının təbii xüsusiyyətlərini saxlamaq  öhdəliyini, ekoloji standartları tam qorumaqla istehlakçılara təqdim etmək vədini ifadə edir.

Günəş – yüksələn günəş həm məhsuldarlığı, həm də şirkətlərimizin ölkənin iqtisadi inkişafındakı fəal rolunu, daim yüksəlişə doğru can atmasını ifadə edir.

 

İndi Səba öz seqmentindəki xarici istehsalçılarla rəqabətdə inamla daha üstün  mövqeyə yüksəlir. Yalnız təzə quş əti və süd məhsullarına üstünlük verən istehlakçılar yüksək keyfiyyəti, təbiiliyi, az saxlama müddəti və qısa zamanda dükkanlara çatdırılması sayəsində məhz Səba məhsullarını seçirlər!