Ticarət nişanı

TƏBİƏTDƏN GƏLƏN SAĞLAM QİDA

 

Bütün aqromüəssisələr – “SƏBA” ASC, "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, “Qarabağ Toxum” MMC və Azerbrood Damazlıq Fabrikinın əsas missiyası  son texnologiyalardan və kənd təsərrüfatındakı innovativ təcrübədən yararlanaraq  öz istehlakçılarına və müştərilərinə sağlam, ekoloji təmiz məhsul təqdim etməkdir!

 

SƏBA ASC

Şirkətimiz qurulduğu gündən etibarən toyuq, süd və yem məhsullarını 100% təbii şərtlərlə istehsal edir. Bizim üçün ən önəmli amillərdən biri mətbəxinizdə ləzzətli, damaq dadınıza uyğun sağlam yeməklər bişirməyinizdir!

 

Necə başladıq

"SƏBA" Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. Özəlləşdirmə üzrə I Dövlət proqramına uyğun olaraq, Dəvəçi quşçuluq fabriki 1997-ci ildə özəlləşdirmə prosesini uğurla keçib. 2002-ci ilin yanvarında fabrikdə istehsalın əvvəlki gücünün bərpası, köhnəlmiş avadanlıqların əvəzinə müasir avadanlıqların gətirilib quraşdırılması, mövcud mexanizm və qurğuların sazlanaraq istifadəyə yararlı hala salınması və s. kimi yenidənqurma işlərinə start verilib və 6 ay ərzində müəssisə illik məhsul istehsalı üçün tam hazır vəziyyətə gətirilib. Proses zamanı Respublika Səhmdar-Kommersiya bankının "SƏBA" ASC-yə ayırdığı 13 milyon manat kredit istehsalın bərpasına yönəldilib. Vaxtilə müəssisədə çalışan təcrübəli və ixtisaslı kadrlar yenidən istehsala cəlb olunub.

 

 

  - Səba Azərbaycanın ilk halal toyuq brendidir.

 

 - Səba kərə yağı 2018-ci ilin ən bəyənilən yerli yağ brendi seçilib.

 

 - Səba quş əti məhsullarının istehsalı üzrə 2018-ci ilin şirkətidir.

 

 - Səba toyuqları Səba-nın öz yerli istehsalı olan yemlərlə bəslənir.

 

Səba hər fəaliyyət sahəsində daim təkmilləşməyi və istehsala son texnologiyaların tətbiqini diqqətdə saxlayır. Şirkət 2014-2015-ci illərdə keyfiyyət və kəmiyyət baxımından toyuq əti istehsalının inkişaf etdirilməsi üçün böyük həcmlərdə investisiyalar edib yeni avadanlıqlar alıb. Bu avadanlıqlar sayəsində Səba bazara daha gigiyenik, keyfiyyətli, təbii xüsusiyyətləri qoruna bilən məhsul çıxarmağa müvəffəq olub.  

Təklif çeşidini genişlədən Səba istehsal etdiyi toyuq ətinin dərin emalına da keçib və bu prosesə investisiyalar ayrılıb. Son texnologiyalarla emal nəticəsində hazırlanan yarımfabrikatlar – toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və s.  – qısa zamanda satışa təqdim olunur. Dadına və məişətdəki praktik istifadəsinə görə bu yarımfabrikat məhsullar müştərilər arasında xüsusi populyardır. 

Səba-nın quş əti və süd məhsullarının gigiyenik normalara uyğun saxlanması üçün Xırdalanda tutumu 2 000 ton olan soyuducu quraşdırılıb. 

Səba-nın 200-dən yuxarı maşını əhatə edən logistika xidməti fəaliyyət göstərir. Səba maşınları həm xammalı, həm də təzə və dondurulmuş məhsulları bölgələrdən (Dəvəçi və Biləsuvar) Bakıya çatıdırır.

Şirkətin öz distribusiya şəbəkəsi mövcuddur: hər gün təxminən 96 maşın Səba-nın dondurulmuş və təzə məhsullarını Xırdalanda yerləşən mal anbarından qısa zaman ərzində və sanitar-gigiyena normalarına uyğun şəkildə 1600-dən artıq market, otel, kafe və restorana çatdırır.  

 

 

Biləsuvar Aqro MMC

 - Sutkalıq süd qəbul etmə gücü 150 tondur

 

-  Yalnız yerli xammaldan istifadə olunur

Necə başladıq

“Biləsuvar Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti  “Regionların 2004-2008-ci illər Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində və ölkə prezidenti İlham Əliyevin tövsiyəsi əsasında  Biləsuvar şəhərində inşa edilib. Təməli 2007-ci ildə qoyulan süd emalı zavodunun açılışı 2008-ci il noyabrın 10-da dövlət başçısının iştirakı ilə həyata keçirilib. Bu ümumi investisiya xərcləri 10 milyon manat təşkil edən və regionda analoqu olmayan bir müəssisədir.     

“Biləsuvar Aqro” MMC-yə məxsus zavod sutkada 150 ton süd qəbul etmək gücünə malikdir. Müəssisədə quru süd, kərə yağı və qatılaşdırılmış süd emalı üçün Almaniya, Polşa, Türkiyə, ABŞ və digər ölkələrdən gətirilən müasir avadanlıqlar quraşdırılıb. Zavodda süddən 82%-lik kərə yağı alınır, qalan kütlədən isə mükəmməl texnologiya əsasında yağsız və 25% yağlılığı olan quru süd istehsal edilir. “Biləsuvar Aqro” emalda yalnız yerli xammaldan istifadə edir. Zavodun ərazisində yüksək ixtisaslı mütəxəssislər üçün altı mənzilli iki bina inşa olunub, hərtərəfli abadlıq işləri aparılıb. Zavod üçün su 8 min kubmetrlik tutumu olan süni göldən götürülür və ABŞ-dan gətirilən mükəmməl avadanlıqlarda təmizlənərək zavoda verilir. Biləsuvarda belə müasir zavodun fəaliyyəti həm də respublikamızın bütün bölgələrində qeyri-neft sektorunun sürətlə inkişafının əyani göstəricisidir. 

 

Qarabağ Taxıl

 

-  25 000 hektarlıq əkin sahəsində yem və taxıl məhsulları becərilir

 

-  Suvarmada ən müasir PİVOT avadanlığından istifadə edilir

 

-  Ekoloji təmiz şəraitdə yerli məhsul yetişdirilir

Necə başladıq

Aqrar sahədə həyata keçirilmiş islahatlar və dövlətin göstərdiyi çoxşaxəli kömək ölkədə kənd təsərrüfatı məhsullarının (xüsusilə bitkiçilik ərzaq məhsullarının) istehsalının dinamik inkişafını təmin edə, son illərdə kənd təsərrüfatı bitkilərinin əkin strukturunda və məhsul istehsalının quruluşunda əhəmiyyətli dəyişikliklər baş verməsinə səbəb olub. 

"Qarabağ Taxıl" Məhdud Məsuliyyətli Cəmiyyəti də artan istehsalat tələblərini nəzərə alaraq quşçuluq sənayesində yem şəklində istifadə olunan məhsulların istehsalı, tədarükü, satışı və Azərbaycanda ərzaq təhlükəsizliyinin davamlı olaraq gücləndirmək məqsədi ilə 2012-ci ilin aprelində yaradılıb. Səba müəssisəyə 20 mln. manat həcmində investisiya qoyuluşunu həyata keçirib.  

Xaricdən alınması yüksək məsrəflərə başa gələn keyfiyyətli yemi ölkədə istehsal edərək toyuqların qiymətinin aşağı salınmasına nail olmaq məqsədilə “Qarabağ Taxıl” MMC Beyləqan, Ağcabədi, Kürdəmir, Ağsu rayonlarında 4 800 hektar ümumi ərazisi olan əkin sahəsində yem və taxıl məhsullarının istehsalına başlayıb. Qarğıdalı məhsulunun yığımında ABŞ istehsalı olan texnikadan istifadə olunur. Suvarma sistemində istifadə olunan süni yağışyağdırma aqreqatları (PİVOT) ölkə əkinçiliyində tətbiq edilən ən müasir üsullardandır. PİVOT suvarmada işlədilən suya bir neçə dəfə qənaət edir. Əldə olunan məhsul təyinatı üzrə istifadə olunana qədər Beyləqandakı 20 000 tonluq anbarda lazımi normalara uyğun qorunub saxlanır.   

Sahənin gübrələnməsində Səba ASC-nin yetişdirdiyi quşların peyinindən istifadə olunur. Bu, həm tullantılardan səmərəli istifadə kimi ətraf mühitin mühafizəsinə yönəlib, həm də bitkini təbii gübrə ilə təmin edir.

“Qarabağ Taxıl” MMC-nin əkinçilik məhsulları bir qismi Səbaya  göndərilir. Bununla da Səba yetişdiriyi quş yeminin kefiyyətindən əmin olur.

 

 

Qarabağ Toxum

 

-  Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar sahədə toxum yetişdirir

-  Fəaliyyətinin üçüncü ilindən mənfəətə keçib

-  2013-cü ildə taxıl əkinində ölkə üzrə rekord məhsuldarlığa nail olub

 

Qarabağ Toxum 2016-ci ildə yaradılıb. Əsas məqsədimiz:

·         Azərbaycanın aqrar sektorundakı potensialını üzə çıxarmaq

·         Dünya standartlarına uyğun təsərrüfat qurmaq

·         Ölkənin idxaldan asılılığını azaltmaq

 

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2016-ci ildə yaradılmışdır.

Təsərrüfata taxılçılıq sahəsində təcrübəsi olan mütəxəssislər cəlb edilib. Becərilmə zamanı buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliyə, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılır.

 

 

 

 

Azərbrood Damazlıq Fabriki

 

-  Sağlam və  ekoloji təmiz məhsul mənbəyi

 

-  Beynəlxalq damazlıq şirkəti AVİAGEN ilə sıx əməkdaşlıq

 

-  Ciddi sanitar şəraiti və müntəzəm veterinar nəzarəti

 

-  Seçmə damazlıq cücələr və seçmə yumurtalar

 

Azərbrood şirkəti 2016-cı ildə yaradılıb və Hacıqabul rayonu ərazisində fəaliyyət göstərir. “Azərbrood” damazlıq fabriki məhsuldarlığın artırılması və seçmə məhsulun əldə olunması məqsədilə broyler sahəsində tanınmış Aviagen beynəlxalq damazlıq şirkəti ilə əməkdaşlıq edir. Həmin şirkətdən əldə olunan birgünlük cücələr Azərbrood fabrikində sanitar-gigiyenik normalara əməl olunmaqla yüksəkixtisaslı veterinar nəzarəti altında yetişdirilir. Damazlıq quşlar xüsusi rasion və peşəkar qulluqla təmin olunur. Təsərrüfatın kompleks tədbirlərində bütün xəstəlik risklərinin aradan qaldırılması tam nəzərdə tutulur.

Hazırda fabrik ərazisində 2 quş damı qurulub və burada təxminən 20 min quş saxlanılır. Perspektivdə damazlıq quşların sayının 100 minə çatdırılması planlaşdırılır və bu artım nəticəsində Azərbrood fabrikinin təxminən 17-18 milyon yumurta əldə edəcəyi proqnozlaşdırılır.     

 

 

 

 

“Gündəlik” ərzaq dükanları

 

Öz məhsullarımızı TƏZƏ-TƏZƏ təqdim etmək müştərilərimizə DOĞMA MƏHLƏ DÜKANI qədər yaxınıq.

Konsepsiyamız: HƏR GÜN YENİ MƏHSUL

MƏQSƏDİMİZ: MÜŞTƏRİ MƏMNUNİYYƏTİNƏ NAİL OLMAQ

                            YALNIZ TƏZƏ (DONDURULMAMIŞ) MƏHSULLAR TƏQDİM ETMƏK

                          ƏHALİNİN XÜSUSİ SIX YAŞADIĞI ƏRAZİDƏ OPERATİV XİDMƏT GÖSTƏRMƏK

 

                        “Gündəlik” mağazalar şəbəkəsi Səba ASC-nin layihəsidir və şirkətin demək olar ki, ayrıca brendinə çevrilib. Yalnız “Səba” ticarət nişanlı məhsulların (süd və quş əti məhsullarının geniş çeşidi) satıldığı müstəqil “Gündəlik” şəbəkəsi Bakı, Sumqayıt və Cənub bölgəsini əhatə edir. Hazırda bu bölgələr üzrə 120 mağaza fəaliyyətdədir: Bakıda 69, Abşeron rayonu ərazisində 6, Sumqayıtda 28, Cənub bölgəsində isə 17 dükan. Perspektivdə “Gündəlik” mağazalarının əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, Səba dükanlarının əvvəlcə paytaxt daxilində sayı artırılacaq. Növbəti addımda isə dükanların Şimal (Quba, Qusar, Xaçmaz), Şimal-qərb  (İsmayıllı, Qəbələ), Gəncə və Gəncəbasar zonalarında da açılması nəzərdə tutulur. Bununla da, “Gündəlik” mağazaları ölkə coğrafiyasında geniş ərazini əhatə etməklə daha çox müştəriyə yaxın olacaq, onların sağlam, təzə və geniş çeşidli məhsullara olan ehtiyacını yerindəcə qarşılaya biləcək.

            Şirkət satışlarının önəmli hissəsi məhz “Gündəlik” dükanlarının payına düşür. Şəbəkənin konsepsiyası müştəriyə yalnız təzə Səba məhsullarını heç bir distribüter olmadan, öz vahid platformasında müştəriyə ən real sərfəli qiymətə təklif etməkdir. Hər gecə kəsilmiş quş əti çeşidi, süd məhsulları (qatıq, xama, yağ) ciddi gigiyenik qaydalara əməl olunmaqla səhər tezdən xüsusi “Səba” maşınları ilə bir neçə saat ərzində dükanlara çatdırılır. “Gündəlik” dükanları standartlara uyğun lazımi avadanlıqla tam təchiz olunub. Bütün məhsulların  saxlanma şəraitində sanitar qaydalar diqqət mərkəzindədir. “Gündəlik” mağazalarında bütün komandanın (ərazi üzrə məsul şəxs, supervayzer, satıcı)  satışa təqdim olunan Səba məhsullarının hər çeşidi barədə ətraflı və dolğun informasiyaya malik olması müştəri məmnuniyyətinin hədəf götürülməsindən xəbər verir. Bu məmnuniyyəti artırmaq məqsədilə perspektivdə əlavə kompleks tədbirlərin də (müştəri bazasının yaradılması, SMS xidməti və s.) həyata keçirilməsi planlaşdırılır.