Şirkətlər Qrupu

"SƏBA" ticarət nişanı hazırda "SƏBA” ASC, "Biləsuvar Aqro" MMC və "Qarabağ Taxıl" MMC  və “ Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.

“Qarabağ Taxıl” MMC-nin torpaqdan aldığı əkinçilik məhsulları “ SƏBA ”ə göndərilir. “Səba” yetişdiriyi quşların qidasını özü təmin edir və bununla da qidalanmanın kefiyyətindən əmin olur. “ SƏBA ”da  yetişdirilmiş quşçuluq məhsulları “Dərin Emal” MMC-yə yönəldilir. Burada toyuq əti dərin emal prosesi keçərək yarımfabrikat məhsulları hazırlanır. Bu fəaliyyət “SƏBA”nın “Təbiətdən mətbəxə” konsepsiyasına tam uyğun gəlir.

SƏBA ASC

"SƏBA" Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. Görkəmli siyasi və ictimai xadim Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsindən sonra müstəqil ölkəmizin iqtisadiyyatında gerçək bir canlanma yarandı. Ölkə iqtisadiyyatına xarici investisiya axını başladı, istər dövlət, istərsə də özəl sektorda müxtəlif təsərrüfat sahələri bir-birinin ardınca yenidən quruldu. İqtisadiyyatda bazar münasibətləri, dövlətin və bütünlükdə cəmiyyətin həyat  fəaliyyətində normaya çevrildi, istehlak bazarının cizgiləri müəyyənləşdi, yerli istehsalatda hissedilən təkan müşahidə olunmağa başladı.Özəlləşdirmə üzrə I Dövlət proqramına uyğun olaraq, Dəvəçi quşçuluq fabriki 1997-ci ildə özəlləşdirmə prosesini uğurla keçib. Fabrikdə istehsalın əvvəlki gücünün bərpası, köhnəlmiş avadanlıqların əvəzinə müasir avadanlıqların gətirilib quraşdırılması, mövcud mexanizm və qurğuların sazlanaraq istifadəyə yararlı hala salınması və s. kimi yenidənqurma işlərinə 2002-ci ilin yanvarından başlanıldı və 6 ay ərzində müəssisə illik məhsul istehsalı üçün tam hazır vəziyyətə gətirildi. Bu yenidənqurmada Respublika Səhmdar-Kommersiya bankının "SƏBA" ASC-yə ayırdığı 13 milyard manat kredit istehsalın bərpasına yönəldilmişdir. Vaxtilə müəssisədə çalışan təcrübəli və ixtisaslı kadrlar yenidən istehsala cəlb olunmuşdur.

“SƏBA” ASC-nin fabriki 135 hektar ərazidə yerləşir. Fabrikin ərazisində 90 tikili, o cümlədən 52 quş damı (quş saxlamaq üçün broyler tikililəri) fəaliyyət göstrərir və 800-ə qədər işçi çalışır. Müəssisənin illik quş əti istehsalının həcmi 13000 tondur.

Biləsuvar Aqro

“Biləsuvar Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti  “Regionların 2004-2008-ci illər Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tövsiyəsi əsasında  Biləsuvar şəhərində inşa edilib. Təməli 2007-ci ildə qoyulan süd emalı zavodunun açılışı  2008-ci il, noyabr ayının 10-da ölkə prezidenti  Cənab  İlham Əliyev  tərəfindən həyata keçirilib. Bu ümumi investisiya xərcləri 10 milyon manat təşkil edən regionda analoqu olmayan bir müəssisədir.

“Biləsuvar Aqro” MMC-yə məxsus zavod sutkada 100 ton süd qəbul etmək gücünə malikdir. hal-hazırda 50 nəfər daimi işlə təmin edilib. Zavodda süddən 82%-lik kərə yağı alınır, qalan kütlədən isə mükəmməl texnologiya əsasında yağsız və 25% yağlılığı olan quru süd istehsal edilir. Müəssisədə quru süd, kərə yağı və qatılaşdırılmış süd emalı üçün Almaniya, Polşa, Türkiyə, ABŞ və digər ölkələrdən gətirilən  müasir avadanlıqlar quraşdırılıb. “Biləsuvar Aqro”  emalda yerli xammaldan istifadə edir. Zavodun ərazisində yüksək ixtisaslı mütəxəssislər üçün altı mənzilli iki bina inşa olunub,hərtərəfli abadlıq işləri aparılıb. Zavod üçün su 8 min kubmetrlik tutumu olan süni göldən götürülür və ABŞ-dan gətirilən mükəmməl avadanlıqlarda təmizlənərək zavoda verilir. Biləsuvarda belə müasir zavodun fəaliyyəti həm də respublikamızın bütün bölgələrində qeyri-neft sektorunun sürətlə inkişafının əyani göstəricisidir. 

Dəvəçi Broyler Dərin Emal

2010-ci ilin noyabrında fəaliyyətə başlayan “Dəvəçi Broyler Dərin Emal” MMC “ SƏBA ” ASC tərəfindən istehsal olunan toyuq ətinin dərin emalı nəticəsində hazırlanan yarımfabrikat məhsullarını istehlakçılara çatdırmaq məqsədi ilə yaradılmışdır.

“Dəvəçi Broyler Dərin Emal” şikrəti quşəti məhsullarını müasir avadanlıqlardadərin emal edərək yarımfabrikatları (toyuq nagetləri, kotletlər, kabablar, sosislər, farş və sair) satışa təqdim edir. Hər il artan satış həcmləri alıcıların bizim yarımfabrikat məhsullarına sevgisini aydın sübut edir.

Qarabağ Taxıl

Aqrar sahədə  həyata keçirilmiş islahatlar və dövlətin göstərdiyi çoxşaxəli  köməkölkədə  kənd təsərrüfatı məhsullarının (xüsusilə bitkçilik ərzaq məhsullarının) istehsalının dinamik  inkişafını təmin etmiş, son illərdə kənd təsərrüfatı bitkilərinin əkin strukturunda və məhsul istehsalının quruluşunda əhəmiyyətli  dəyişikliklər baş verməsinə səbəb olmuşdur.

Artan istehsalat tələblərini nəzərə alaraq quşçuluq sənayesində yem şəklində istifadə olunan məhsulların istehsalı, tədarükü, satışı və Azərbaycanda ərzaq təhlükəsizliyinin davamlı olaraq gücləndirmək məqsədi ilə 2012-ci ilin aprel ayında "Qarabağ Taxıl" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.

Xaricdən alınması yüksək məsrəflərə başa gələn keyfiyyətli yemi ölkədə istehsaledərək toyuqların qiymətinin aşağı salınmasına nail olmaq məqsədilə “Qarabağ Taxıl” MMC Beyləqan, Ağcabədi, Kürdəmir, Ağsu və Şamaxı rayonlarında 5600 hektar ümumi ərazisi olan əkinsahəsində yem və taxıl məhsullarının istehsalatına başlamışdır. Qarğıdalı məhsulunun yığımı üçün gətirilmiş ABŞ istehsalı texnikadan Azərbaycanda çox yüksək nəticə gözlənilir. Suvarma sistemində istifadə olunan süni yağışyağdırma aqreqatları (PİVOT) ölkə əkinçiliyində tətbiq edilən ən müasir üsullardandır. PİVOT suvarmada işlədilən suya bir neçə dəfə qənaət edir. Bundan əlavə, sahənin gübrələnməsində müəssisənin yetişdirdiyi quşların peyinindən istifadə olunur. Bu, həm tullantılardan səmərəli istifadə kimi ətraf mühitin mühafizəsinə yönəlib, həm də bitkini təbii gübrə ilə təmin edir.