Haqqımızda

UĞURUMUZUN AÇARI PEŞƏKARLIQ, DÜZGÜN QURULMUŞ KORPORATİV İDARƏETMƏ VƏ MƏSULİYYƏTDİR!

                                 

HAQQIMIZDA BƏZİ FAKTLAR

 

"SƏBA" Açıq Səhmdar Cəmiyyəti 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb. 2014-cü ilə qədər “Dəvəçi Broyler” adı ilə fəaliyyət göstərib və həmin ildən etibarən “Səba” adı altında işini davam etdirib.  

 

“Səba” Azərbaycanda ən böyük quşçuluq şirkətlərindən biridir.

 

Fəaliyyətinin ilk günündən etibarən Səba-nın hədəfi istehlakçı məmnunluğu, yüksək peşəkarlıq, təbiətə qayğı ilə yanaşmanı nəzərdə tutan istehal prosesi olub. Bu münasibət hər zaman aktual və diqqət mərkəzindədir! İnnovasiyaların müntəzəm tətbiqi, kənd təsərrüfatı sahəsindəki ən son təcrübələrə əsaslanan yetişdirilmə və becərilmə prosesi şirkətimizin uğurunun ana xəttini təşkil edir.

 

BİZ DAHA MÜKƏMMƏL TƏKLİFLƏR VERMƏK ÜÇÜN FƏALİYYƏTİMİZİN HƏR MƏRHƏLƏSİNDƏ ÖYRƏNİRİK:

BÜNÖVRƏMİZ İNNOVASİYALAR, TƏKMİLLƏŞƏN DÜNYA TƏCRÜBƏSİ VƏ  KEYFİYYƏTƏ SƏRT NƏZARƏTDİR!

 

“Səba” məhsullarının bazarda nüfuz qazanmasının əsas səbəblərindən biri də öz korporativ idarəçilik sistemini idarəetmə sektorundakı beynəlxalq 9001:2008 standartlarına uyğun formada qurmasıdır. Bu tədbirlər kompleksi Səba-ya öz məhsulunu dünya səviyyəli məhsullarla bir sıraya qoymağa imkan verir!   

 

Missiyamız: KEYFİYYƏTDƏ LİDER!

Səba qida və yem məhsullarının istehsalı ilə bağlı fəaliyyətinin bütün istiqamətlərində və mərhələlərində “KEYFİYYƏTDƏ LİDER” konsepsiyasına əsaslanır! Məqsədimiz sadəcə müştəri məmnuniyyəti deyil. Biz gözləntiləri üstələyən keyfiyyət, geniş çeşid və mükəmməl xidmət təklif etməklə müştərinin daimi sadiqliyini də əsas hədəf götürmüşük. Start anından başlayaraq yekun məqama qədər istehsal prosesinin yüksək standartlara uyğun aparıldığına və bütün iş üzərində sərt nəzarətə  

“SƏBA ZƏMANƏTİ” veririk!