eng
Ana səhifə Əlaqə Saytın xəritəsi
aze
rus
Sorğu
Siz "Səba" toyuq əti məhsulundan ümumən nə dərəcədə məmnunsunuz?
Əladır
Yaxşıdır
Uygundur, istifadə etmək olar
Uygun deyil,pisdir
Bilmirəm, istifadə etməmişəm
Nəticələr
Xəbərlərimizə yazılın
Sual-Cavab
Sualınızı buradan      verin
Reklamlarımız
8 Mart
Novruz
Yeni il
>>>
Əlaqə
Tel.: (+99412)449-81-35
449-81-36
Faks: (+99412)449-81-37
E-mail: info@saba.az
 
Zakir Əzimov: “İSO 22000 standartının “Dəvəçi Broyler”də tətbiqi bizə məhsulumuzu beynəlxalq bazara çıxarmağa imkan verəcək”

     Qış aylarının yaxınlaşması ilə əlaqədar ölkədə quş əti bazarına və ümumiyyətlə, quş əti məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə olan diqqət artmaqdadır. Bununla əlaqədar, oxuculara ölkənin aparıcı broyler fabriklərindən olan və uzun illərdir istehlakçıların bu sahədə güvənini qazanmış “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru Zakir Əzimovun bazardakı son vəziyyət və şirkətdə aparılan yeniliklər barədə müsahibəsini çatdırırıq:

     İlk öncə xahiş edirik, “Dəvəçi Broyler” ASC-nin istehsal etdiyi “Səba” toyuqların satış səviyyəsi barədə məlumat verəsiniz. Ümumiyətlə, hazırda bazarda bu sahədə vəziyyət necədir?
     -İlk olaraq onu qeyd edim ki, “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu il 8200 ton quş əti satılması nəzərdə tutlumuşdur. Bu ilin on bir ayı artıq arxada qalıb və bu, planın yerinə yetirilməsi real görünür. “Dəvəçi Broyler”ASC-nin istehsal etdiyi “Səba” toyuqları alıcılar tərəfindən kifayət qədər yüksək qiymətləndirilir və məhz keyfiyyətinə görə alıcılar həmişə bu məhsulla üstünlük veriblər. Yəqin elə ona görədir ki,  bu günə qədər “Dəvəçi Broyler”ASC satışla bağlı elə bir ciddi problemlə rastlaşmayıb. Ancaq ümumiyyətlə götürsək son günlər bazarda quş ətinə tələbat azalıb və bunu bizdə hiss eləməyə başlamışıq. Bunu da başlıca olaraq idxal olunan quş ətinin son vaxtlar nisbətən çoxalması ilə əlaqələndirirəm. Bununla belə biz davamlı olaraq istehsal etdiyimiz məhsulun keyfiyyətinə diqqət yetiririk və çalışırıq ki, brendimizə xələl gətirəcək heç bir hala yol verməyək. Bu yolda lazım gəldikdə əlavə sərmayə də qoyuruq, əlavə işçi qüvvəsi cəlb edirik, yeni texnologiyalar tətbiq edirik, bir sözlə, bütün diqqətimizi ilk növbədə istehsal etdiyimiz quş ətinin keyfiyyətinə yönəldirik. Bu da təbii ki, satış prosesində özünü doğruldur.
     Bildiyimiz kimi, “Dəvəçi Broyler”ASC quşçuluq sahəsində Azərbaycanda  İSO 22000 və İSO 9001:2000 beynəlxalq standartlarının tətbiq olunduğu çox az şirkətlərdəndir. Bəs bu standartların tətbiq olunması prosesi hazırda necə gedir?
     - “Dəvəçi Broyler” 2006-cı ildə İSO 9001:2000 beynəlxalq standartına uyğunluq sertifikatını alıb. Almaniyanın Tüv-Türingen orqanı tərəfindən verilən bir sertifikat idarəetmənin təkmilləşdirilməsi, keyfiyyət menecmentinin yaxşılaşdırılması kimi faktorlara əsasən bizə təqdim olundu. Lakin biz bununla kifayətlənmədik və indi müəssisəmiz İSO 22000 beynəlxalq standartının tətbiqinə başlayıb və bu standartın da başlıca tələbləri qida təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Bu tələblərin yerinə yetirilməsi isə öz növbəsində maksimum şəkildə imkan verir ki, istehsal olunan məhsulda insan orqanizmi üçün zərərli olan heç bir məqam qalmasın. Yəni insanın səhhətinə mənfi təsir göstərə biləcək nə varsa, istehsal prosesində bunların hamısı nəzarətə götürülür və bu hallar aradan qaldırılır. Bu, xammalın alınmasından, istifadə olunan bütün inqridientlərin və yemlərin keyfiyyətindən, müəssisədəki iş şəraitindən tutmuş məhsulun istehsal olunub alıcıya çatdıırlmasına qədər bütün prosesi əhatə edir. Burada söhbət həm kimyəvi, həm bioloji və həm də fiziki təsirlərdən gedir. Bir sözlə qida təhlükəsizliyini təmin edən bu cür tədbirlərin həyata keçirilməsi satışa göndərdiyimiz quş ətinə alıcıların inamını artırır və onlar bu məhsulu arxayın bir şəkildə alıb yeyirlər.Biz bu uyğunluq sertifikatını gələn il almağı nəzərdə tutmuşuq. Hazırda isə müəssisədə bu standartın tətbiq olunma prosesi gedir – mütamadi olaraq müvafiq orqanlar tərəfindən işin gedişatı yoxlanılır, audit aparılır və bu iş sertifikat alana qədər davam edəcək. Sertifikat alındıqdan sonra da tələblərə nə qədər doğru riayət olunduğunu yoxlamaq üçün müvafiq nümayəndələr buradakı istehsal prosesini nəzarətdə saxlayacaqlar.
     Onu da qeyd edim ki, sözügedən – İSO 22000 Beynəlxalq standartı bu gün bütün dünya şirkətlərində böyük önəm verilən bir sertifikatdır. Bunun dünya üzrə tanınan və kifayət qədər ciddi qəbul edilən bir sertifikat olduğunu nəzərə alsaq, bu standartın “Dəvəçi Broyler”ASC-də də tətbiqi bizə məhsulumuzu gələcəkdə xarici bazarlara da çıxarmağa imkan verəcəkdir.
     Yeni çeşidlərlə bağlı nə deyə bilərsiniz?
     - Bu istiqamətdə də müəyyən işlər görürük. Əsasən də quş ətinin dərin emalına xüsusi diqqət yetiririk Düşünürük ki, biz bu sahədə yenilik edəcəyik və o zaman çeşidərmizin sayı da qat-qat artacaq. Gələcək planlarımızda isə ən azı 100 çeşiddə məhsul istehsal etmək var. Və şübhəsiz ki, yeni çeşidlərdə də bizim ilk məqsədimiz keyfiyyətin ən yüksək səviyyədə olmasını təmin etmək olacaq.
     Bildiyimizə görə, hazırda yeni yem zavodununda tikintisinə başlamaq istayirsiniz. Bu barədə nə deyə bilərsiniz?
     - Biz müəssisəmizi daha da genişləndirməyi düşünürük. Hal-hazırda bizim yem zavodumuzun gücü saatda 10 tondur, ancaq qarşıda quş əti istehsalının artırılmasını nəzərə alaraq biz istehsal gücü saatda 25 ton olan yeni yem zavodunun tikintisini nəzərdə tuturuq. Eyni zamanda yem üçün xammalların saxlanması üçün 30 min tonluq anbarların tikilməsi üçün hazırlıq işləri aparılır.
     Bu istiqamətdə qarşımızda duran əsas vəzifə isə dünya standartlarına cavab verəcək yeni yem istehsalı zavodunun inşasıdır.
      Son zamanlar broyler fabriklərinin bəzilərinin fəaliyyətini dayandırması və yeni fabriklərin fəaliyyətə başlamasını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, hazırda bazarda rəqabətin səviyyəsi necədir?
     - Ümumiyyətlə, Azərbaycanda hər zaman quş əti çatışmazlığı olub. Çünki ölkə yerli  istehsalla təqribən istehlakçıların 50-60% tələbatını ödəyə bilir. Məhsulun digər hissəsi isə xaricdən idxal olunur. Ona görə də Azərbaycanda yeni fabriklərin açılması arzuolunan  bir prosesdir. Çünki bu sahənin inkişaf etməsi üçün Azərbaycan bazarında kifayət qədər imkan var və bunun üçün yerli istehsala önəm verməliyik. Bildiyiniz kimi dövlət tərəfindən Ərzaq Təhlükəsizliyi Proqramı qəbul olunub. Müddəti 2015-ci ilədək olan bu proqramda digər məhsullarla bərabər quş əti istehsalının inkişafına da böyük önəm verilib. Bu proqrama əsasən 2015-ci ilədək sənaye üsulu ilə - yəni quşçuluq fabruklərində istehsal edilən quş ətinin miqdarı 80000 tona çatdırılmalıdır. Hesab edirəm ki, respublikanın imkanlarımızı nəzərə alsaq, bu, çox real bir proqramdır və məhz bu proqramın tələblərinin yerinə yetirilməsi çərçivəsində Azərbaycanda yeni quşçuluq fabriklərinin tikintisi və inkişafı mümkündür.
     Bəs rəqabətə gəlincə?
     - Rəqabət məsələsinə gəlincə bazarda rəqabətin olması çox vacibdir. Bu, mütləq olmalıdır. Çünki rəqabət keyfiyyət, istehsalın düzgün planlaşdırılması kimi bir çox məqamlarda hər bir müəssisənin işinə müsbət təsir edir. Buna görə də bazara hər hansı bir məhsulu çıxardıqda onun üçün çox böyük əmək sərf olunmalıdır. İstehsal və satış prosesində hər bir məqama diqqət yetirilməlidir ki, bazara çıxarılan məhsul rəqabətə davamlı olsun. Bu gün biz “Dəvəçi Broyler” olaraq respublika daxilindəki rəqabəti düşünürük, amma gələcəkdə qarşımızda duran əsas vəzifələrdən biri məhz məhsullarımızın beynəlxalq bazara çıxarılmasıdır.
     Sonda istərdik, müəssisədəki işçi qüvəsi və iş şəraiti barədə məlumat verərdiniz.
     Bütün söylənənlərlə bərabər yeni iş yerlərinin açılmasına da diqqət yetiririk. Hazırda əməkdaşlarımızın sayı 700 nəfərə çatır. Növbəti iki ildə isə onların sayının 1000-ə çatdırılması nəzərdə tutulub. Bu isə öz növbəsində iqtisadi cəhətdən o qədər də güclü olmayan Dəvəçi rayonu üçün əlamətdar bir hadisədir və buradakı insanların rifahının yaxşılaşdırılması baxımından olduqca vacibdir.
     Eyni zamanda işçilərin əmək haqlarının stimullaşdırılması da hər zaman diqqətimizdədir. Müəssisədə çalışanların əmək haqları mütamadi olaraq artırılır. Şübhəsiz, müəssisənin işinin rentabelli qurulması və istehsalatın düzgün aparlması birbaşa olaraq burada çalışan insanların rifahının yaxşılaşmasına öz müsbət təsrini göstərir.  

arxiv
Zakir Əzimov: “Hazırda qarşımızda duran əsas məsələ ixrac prosesinə tam hazır olmaqdır”
Zakir Əzimov: “Hazırda qarşımızda duran əsas məsələ ixrac prosesinə tam hazır olmaqdır”
“Dəvəçi Broyler” ASC-nin İSO 22000:2005 standartının uyğunluq sertifikatını əldə etməsi ilə müəssisədə bir çox dəyişikliklər edilib
Ötən ay ölkənin qida sənayesi üçün kifayət qədər önəmli olan və yerli istehsalın inkişafında kifayət qədər rol oynacağı
«Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyəti
NOVRUZ BAYRAMINIZ MÜBARƏK Bütün Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edir, qədim adət-ənənələrimizin və tariximizin özündə birləşdirən bu bayramın hər bir evə, hər ocağa bol ruzi-bərəkət, xoşbəxtlik, xalqımıza sülh və əmin-amanlıq bəxş etməsini arzulayır.
«Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyəti
AZƏRBAYCAN XANIMLARINI 8 MART - BEYNƏLXALQ QADINLAR GÜGÜ münasibətilə təbrik edir, onlara xoşbəxtlik, bütün işlərində nailiyyətlər, hər zaman gözəl və təravətli qalmağı arzulayır.
Qış aylarının yaxınlaşması ilə əlaqədar ölkədə quş əti bazarına və ümumiyyətlə, quş əti məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə olan diqqət artmaqdadır. Bununla əlaqədar, oxuculara ölkənin aparıcı broyler fabriklərindən olan və uzun illərdir istehlakçıların bu sahədə güvənini...
Ötən ilin sonlarından başlayaraq «Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyətində beynəlxalq İSO 22000:2005 - Yeyinti Məhsullarının Təhlükəsizliyi standartının tətbiqinə başlanılıb. Ümumilikdə yeddi mərhələdən ibarət olan standartın tətbiq olunma prosesi bitdikdən sonra, yəni 2009-cu ildə müəssisə bütün dünyada tanınan və qəbul edilən İSO 22000 sertifikatını əldə edəcək.
Sentyabr ayının 2-də Bakıda “Azərbaycan -2008” milli sərgisinin açılışı olub. Mərasimdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də iştirak edib. Respublika Sənaye və Ticarət Palatasının təşkil etdiyi sərgidə dövlət və qeyri-dövlət sektoruna aid 185-ə yaxın müəssisə təmsil olunub.
Fevralın 11-də Bakının «Gülüstan» sarayında «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»-nın icrasının dördillik yekunlarına həsr olunmuş konfrans keçirilmiş və bununla bağlı sərgi təşkil olunmuşdur.
Dekabr ayında Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən “Praqma” korparasiyasının xətti ilə ABŞ-ın İnterMark Associates LTD-nin Prezidenti Natan Sakolsky “Dəvəçi Broyler” ASC-nin İstehsalat sahəsində olmuşdur. İnterMark Associates LTD təşkilatı yeyinti məhsulları və içkilər sahəsində marketinq fəaliyyəti və eyni zamanda bu
ATƏT-in dəstəyilə Regional İqtisadi İnkişaf üzrə Seminar keçirilib.
Noyabrın 13-də ATƏT-in təşəbbüsü və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Qubada “Quba-Xaçmaz” iqtisadi rayonunda Kənd Təsərrüfatı sektoru inkişafının qarşısında duran problemlər” mövzusunda regional iqtisadi inkişaf üzrə seminar keçirilib. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Xose Luis Herreronun
Hər il olduğu kimi bu ildə "Dəvəçi Broyler" ASC-nin rəhbərliyi müəssisədə çalışanları quş qripi əleyhinə peyvənd etmək haqda qərar çıxarıb. Odur ki, 2007-ci il Noyabr ayının 05-07 dək "Solvay Pharma" şirkətinin nümayəndələrinin köməyi ilə ASC əməkdaşları peyvənd edilmişlər. Peyvənd zamanı "Influvak" vaksinindən istifadə
Son dövrlər beynəlxalq standartların idarəetmə və istehsalatda tətbiqini intensivləşdirən “Dəvəçi Broyler” ASC-də 11-13 sentyabr 2007-ci il tarixdə “İSO 22000:2005 Yeyinti məhsullarının təhlükəsizliyi” standartının tətbiqinin növbəti, 4-cü mərhələsi uğurla başa çatdı. Qeyd edək ki, “İSO 22000:2005
2006-cı ilin fevral ayında İSO 9001:2000 beynəlxalq standartının uyğunluq sertifikatına layiq görülən “Dəvəçi Broyler” ASC-də İSO 22000 “yeyinti məhsullarının təhlükəsizliyi” standartının tətbiqilə əlaqədar üçüncü mərhələ uğurla başa çatdı.
01.03.07-ci ildən “Dəvəçi Broyler” ASC istehsalat bazasının ərazisində “Bank Respublika” ASC –ya məxsus bankomat fəaliyyət göstərməyə başladı.
2006-cı ilin sonlarında bütün əməkdaşların əmək haqqının nağdsız pul formasına keçirilməsi məqsədilə “Dəvəçi Broyler” ASC və “Bank Respublika” ASC arasında danışıqlar aparılıb
«Dəvəçi Broyler»də İSO 22000 sertifikatının tətbiq olunması üzrə növbəti mərhələ başa çatıb Bir müddət öncə məlumat verdiyimiz kimi ötən ilin sonlarından başlayaraq «Dəvəçi Broyler» Açıq Səhmdar Cəmiyyətində beynəlxalq İSO 22000 - Yeyinti Məhsullarının Təhlükəsizliyi standartının tətbiqinə başlanılıb. Ümumilikdə yeddi mərhələdən ibarət olacaq layihənin bu yaxınlarda artıq ikinci mərhələsi də başa çatıb.
16 dekabr 2006-cı il tarixində “Dəvəçi Broyler” ASC-nin Səhmdarlarının növbəti (altıncı) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda müzakirə edilən əsas məsələlər 2006-cı ilin yekunlarına görə dividentlərin elan edilməsi və ödənilməsi və 2007-2008-ci illər üçün investisiya planları ilə bağlı məsələlər olmuşdur
2006-cı ilin dekabr ayının əvvəllərində “Dəvəçi Broyler” ASC-nin əməkdaşları qripə qarşı vaksinasiya edilmişlər.
Evrasiya fondu ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiyasiyasının birgə təşkil etdikləri “B05-0227” Qrant layihəsi çərçivəsində 2006-cı ilin iyul ayında Azərbaycanda müxtəlif sahələrdə çalışan yerli və xarici 17 şirkətinin menecerləri üçün Avropa Keyfiyyət Təşkilatı tərəfindən təsdiq edilmiş praqrama əsasən bir aylıq İdarəetmə mövzusunda tədris kursu keçirildi
28.10.2006-cı il tarixində “Dəvəçi Broyler” ASC-nin səhmdarlarının növbəti beşinci ümumi yığıncağı keçirilmişdir.
16 oktyabr 2006-cı il tarixdə beynəlxalq standartların “Dəvəçi Broyler” ASC-də tətbiqi layihəsi çərçivəsində “Dəvəçi Broyler” ASC-nin Keyfiyyət menecmenti şöbəsi ilə Amerika Birləşmiş Ştatlarının Praqma Korparasiyası arasında aparılan danışıqların nəticəsi olaraq qrant layihəsi imzalanmışdır
6 sentyabr 2006-cı il, Bakı – Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycan Korporativ İdarəetmə Layihəsi Azərbaycan Korporativ İdarəetmə Layihəsi (AKİL) üçüncü pilot şirkətini – Dəvəçi Broyler Açıq Səhmdar Cəmiyyətini seçmişdir.
May ayının 7-də Azərbaycanın iqtisadi inkişaf nazirliyi və Quşçuluq cəmiyyətinin təşkilatçılığı ilə quşçuluq məhsulları – quş əti və yumurta satışı üzrə sayca dördüncü olan yarmarka keçirilmişdir
İki həftədir Bakıda və Sumqayıtda öz məhsullarını sərgiləyən quşçuluq müəssisələri bu dəfə də Gəncə şəhərində toplaşdılar.
Aprelin 16-da Sumqayıt şəhərində quşçuluq fabriklərinin növbəti satış yarmarkası keçirildi. İqtisadi İnkişaf Nazirliyinin "Quş qripi"nə qarşı Dövlət Komissiyasının, Respublika Quşçuluq Cəmiyyətinin Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi
Aprelin 9-da İqtisadi İnkişaf Nazirliyi və "Quş qripi"-nə qarşı Dövlət Komissiyasının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının məhsullarından ibarət satış yarmarkası keçirildi.
Mart ayının 16-da Azərbaycanın quşçuluq sənayesində uzun müddətdir fəaliyyət göstərən "Dəvəçi Broyler" şirkəti tərəfindən Dəvəçi rayonuna ölkə mediasının da cəlb olunduğu geniş press-tur təşkil olundu
21 fevral 2006-cı il tarixdə “Dəvəçi Broyler” ASC-rəsmi olaraq İSO 9001:2000 beynəlxalq sertifikatına layiq görüldüyü barədə məlumat aldı.
17 fevral 2006-cı il tarixdə Almaniyanın “TUV thuringen” akredetasiya orqanının səlahiyyətli auditor qrupu “Dəvəçi Broyler” ASC-nin Bakı ofisində Satış, Maliyyə və Təchizat departamentlərinin fəaliyyətinin yoxladıqdan sonra öz yaxalamalarını müəyyən edilmiş plana əsasən bitmiş elan etdilər.
14-fevral 2006-cı il tarixdən başlayaraq “TUV Thuringen” akredetasiya orqanının auditor qrupu öz yoxlamalarını “Dəvəçi Broyler” ASC-nin Baş ofisində qismən başa vuraraq Səhmdar Cəmiyyətin istehsalat sahəsində yoxlamaları davam etdirirlər
13 fevral 2006-cı il tarixdə “Dəvəçi Broyler” ASC-nin Almaniyada yerləşən “TUV Thuringen” akredetasiya orqanına ünvanladığı müraciətinə əsasən “Dəvəçi Broyler” ASC-də İSO9001:2000 standartına uyğunluğuna dair audit öz işinə başladı.
“Dəvəçi Broyler” ASC-nin fəaliyyətinin ilk günündən etibarən rəhbərliyin qarşısında istehsalatın bərpası və yenilənməsi ilə yanaşı Azərbaycanda Avropa və Dünya standartlarına cavab verən bir şirkətin yaradılması məsələsi qoyulmuşdur.
17 dekabr 2005-ci il tarixdə "Dəvəçi Broyler" ASC ofisində səhmdarların növbəti (üçüncü) ümumi yığıncağı keçirilmişdir.
Dəvəçi Broyler ASC nin növbəti Səhmdarların Ümümü Yığınçağın tarixi təyin olunub. Planlaşdrılmış yığınçaq 2002 ci ildən sayını görə 3 çü yığıncıq olacaq . Yığıncığın gündəliyi aşağıdakıdır:
27 oktyabr 2005 ci ildə Dəvəçi Broyler ASC nin Müşaidə Şurasının sədri Natiq Qulievin Azərbaycanda korprotiv idaraetmənin tətbiqi proqramının rəhbəri Çarlz Kenfild (Charles T. Canfield) ilə görüş keçirib.
26 oktyabrda "Exelsior" meymanxanasında beynalxalq maliyyə hesabatların standartlarının tətbiq olunmasına həsr olunmuş konferensiya keçirildi.
."Fidekspo" Ticarət Evinin direktoru Mixail Belkin 2005-ci il oktyabrın 18-dən 21-dək "Dəvəçi Broyler" ASC-də olmuşdur. Qeyd edək ki, "Fidekspo" Ticarət Evi qarışıq yem idxalı sahəsində ixtisaslaşıb və artıq il yarımdır ki, "Dəvəçi Broyler" ASC ilə əməkdaşlıq edir.
Quş qripinin yayılması təhlükəsi ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alan "Dəvəçi Broyler" ASC-nin rəhbərliyi müəssisədə çalışanları quş qripi əleyhinə peyvənd etmək haqda qərar çıxarıb. Ancaq təəssüf ki, quş qripinə qarşı vaksinlər hələ işlənib hazırlanmayıb.
Quş qripinin yayılması təhlükəsi ilə bağlı olaraq "Dəvəçi Broyler"in istehsalat bazasında təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülmüşdür. Fabrikdə mövcud olan dezinfeksiya baryerləri gücləndirilmiş və yeniləri inşa edilmişdir.
"Dəvəçi Broyler" ASC-nın aparıcı zootexniki Şahlar Balabəyov idxal edilən buğdanın keyfiyyətini müəyyən etmək məqsədilə 2005-ci il oktyabrın 3-dən 10-dək Rusiyanın Volqoqrad şəhərində olmuşdur
"Dəvəçi Broyler"də çalışan mütəxəssislərdən ibarət nümayəndə heyəti əməkdaşlığı genişləndirmək məqsədilə 2005-ci il sentyabrın 24-dən oktyabrın 1-dək Türkiyənin "Has Tavuk" şirkətində işgüzar səfərdə olub. Qeyd edək ki, "Has Tavuk" şirkəti Türkiyənin inkubotor yumurtaları yetişdirən ən iri müəssisələrindən biridir.
04.08.2005-ci il tarixdə İqtisadi inkişaf nazirliyinin təşəbbüsü ilə "Hyatt Regency" otelinin “Quba” zalında Milli istehsalın dəstəklənməsi mövzusunda konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə İqtisadi inkişaf naziri c-b Fərhad Əliyev açdı.
26.07.2005-ci il tarixdə İqtisadi inkişaf nazirliyi tərəfindən regionların iqtisadi vəziyyətinin inkişafı proqramı çərçivəsində Xaçmaz şəhərində sərgi və kredit yarmarkası keçirilmişdir. Sərgidə Dəvəçi iqtisadi rayonunu “Dəvəçi Broyler”ASC təmsil edirdi.
13.07.05 tarixdə Dəvəçi şəhərində İnkubasiya sahəsində “İnkubasiya” prosesinin auditi keçirilib və audit zamanı ortaya çıxan uyğunsuzluqların səbəbləri araşdırılaraq İslahedici tədbirlər planları hazırlanmışdır.
12.07.05 – 14.07.05 ci il tarixləri arasında “Dəvəçi Broyler”ASC-ilə Rusiyanın “TKB İntersertifika” şirkəti arasında bağlanılmış müqaviləyə əsasən İSO 9001:2000 standartının
30.06.2005 –ci il tarixdə “Dəvəçi Broyler” ASC-nin Keyfiyyət Menecmenti şöbəsinin dəvətilə CSM Caspian Holdings S.A şirkətinin Keyfiyyət üzrə koordinatoru xanım Jale Ələkbərzadə “Dəvəçi Broyler” ASC –nin fabrikini ziyarət edib.
Mayın 24-dən 27-dək "Dəvəçi Broyler" şirkətində HACCP sisteminin istehsalatda tətbiqi mövzusu ilə bağlı üçgünlük seminar keçirilib. Azərbaycan Aqrobiznes Mərkəzinin iştirakı ilə təşkil olunan seminarı doktor Qleyn Bledsoe (ABŞ) aparıb.
Mayın 19-da "Dəvəçi Broyler"in baş ofisində istehsalatda təhlükəsizlik və istehsal zamanı yarana biləcək böhranlı vəziyyətlərə nəzarət (HACCP sistemi) üzrə mütəxəssis, doktor Lakşmann Vellupilayla (Luiziana) görüş keçirilib. Görüşdə istehsalatda təhlükəsizlik sistemi elementləri ətrafında müzakirələr aparılıb.
Ayrı-ayrı sahələri durmadan inkişaf etdirmək, istehsalın həcminin artırmaq, istehsalatda müasir texnologiyalardan bəhrələnmək, işçilərin əmək şəraitini yaxşılaşdırmaq "Dəvəçi Broyler" ASC-nin yaxın və perspektiv planlarına daxildir.
Səbadan hər gün yeni bir yemək

Bu gün menyuda

ÇORİZO KOLBASASI İLƏ TOYUQ QULYAŞI.
Mətbuatda bizarxiv

Tarix: 17.04.2010

Tarix: 17.04.2010

Press relizarxiv


Vakansiya
vakansiya göndərmək üçün bura daxil olun.
 
 
© 2007 Dəvəci Broyler ASC
Design by azDesign.ws